Həyat yoldaşının girov götürüldüyünü eşidən yaşlı müəllim...
Bizi izləyin

Dünya

Həyat yoldaşının girov götürüldüyünü eşidən yaşlı müəllim...

Həyat yoldaşını girov götürüldüyü xəbərini eşidən Şinasi Doğan adlı təqaüdçü müəllimin ürəyi dayanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Belə ki, bir nəfər naməlum şəxs Şinasi Doğana zəng vuraraq həyat yoldaşının girov götürüldüyünü bildirib. O, yaşlı qadının azad olunması üçün 4 min 500 lirə tələb edib.

Təqüdçü tələb olunan məbləği ödəmək üçün banka gedərkən halı pisləşib. Doğan xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis araşdırmaya başlayıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm