MOSSAD-ın 60 agenti onları qorumaq üçün Ankaraya gəldi
Bizi izləyin

Dünya

MOSSAD-ın 60 agenti onları qorumaq üçün Ankaraya gəldi

İsrailin kəşfiyyat xidməti olan MOSSAD-ın 60 agenti Ankaraya gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MOSSAD agentləri İsrailin qadın basketbolçularını mühafizə edəcək.

Türkiyənin milli qadın basketbol komandası 2017 FIBA Avropa Çempionatına seçmə mərhələsində H qrupunda İsrail komandası ilə mübarizə aparır. Komandalar noyabrın 21-i axşam saatlarında Ankarada qarşı-qarşıya gələcək.

Matç öncəsi Ankarada təhlükəsizlik tədbirləri görülür. İsrail komandası dünən axşam saatlarında 60 MOSSAD agenti ilə birlikdə Ankaraya gəlib. Təxminən 200 nəfərlik qrup qalacağı otelə çatdırılıb. Oteldə İsrail baksetbolçuların qalacağı otaqlar MOSSAD agentləri tərəfindən tək-tək yoxlanılıb.

Matçdan əvvəl isə idman salonu və ətraf ərazidə yoxlamalar aparılacaq. Salon içində və çölündə 1500 polis təhlükəsizliyi təmin edəcək, 500 polis isə hazır vəziyyətdə gözləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm