Analitik: “Bunun üçün ABŞ-ın başqa prezidenti lazım olacaq”
Bizi izləyin

Dünya

Analitik: “Bunun üçün ABŞ-ın başqa prezidenti lazım olacaq”

ABŞ-ın İŞİD terror qruplaşması ilə mübarizə aparması üçün başqa prezidenti gözləmək lazım olacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinin müşahidəçisi Çarlz Kautxammer yazıb.

Onun sözlərinə görə, Amerika prezidenti Barak Obamanın diqqəti İŞİD təhdidinə deyil, iqlim dəyişikliyi probleminə yönəlib. Siyasi müşahidəçi hesab edir ki, Obamanın Suriyada hərəkətləri real müvəffəqiyətə nail olmaq üçün deyil, mübarizə görüntüsü yaratmaq üçündür.

Müəllif qeyd edir ki, Suriyada Amerika hərbçiləri gün ərzində orta hesabla İŞİD-ə 7 zərbə endirir, amma “Səhrada tufan” əməliyyatı zamanı uçuşların sayı gün ərzində 1100, Kosovoda isə 138 idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm