11 ölkə İŞİD-ə qarşı
Bizi izləyin

Dünya

11 ölkə İŞİD-ə qarşı

Bu ilin may və iyun aylarında keçirilən sorğular 11 ölkə əhalisinin yalnız 15 faizinin İŞİD-i dəstəklədiyini göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sorğunu “Pew” Araşdırma Mərkəzi keçirib.

Ölkələr arasında Pakistan istisna təşkil edir. Bu ölkədə respondentlərin əksəriyyəti “İslam Dövləti” ilə bağlı qəti rəy bildirməyib.

Livan əhalisinin 99 faizi İŞİD-in əleyhinə olub. Bu ölkədə sünni müsəlmanların 98, şiə və xristianların isə 100 faizi “İslam Dövləti”nə mənfi münasibət bildirib.

İsraildə respondentlərin 97, İordaniyada 94 faizi İŞİD-i dəstəkləmədiklərini deyib. İsrail ərəblərinin 91, fələstinli ərəblərin 84 faizi İslam Dövlətinin əleyhinə olduğunu bildirib.

Türkiyə, Nigeriya, Burkina Faso, Malayziya və Seneqalda hər on nəfərdən altısı qruplaşmaya qarşı olduqlarını ifadə ediblər.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm