Təbrizdə mağazalar üzərindəki xarici adlar silinir
Bizi izləyin

Dünya

Təbrizdə mağazalar üzərindəki xarici adlar silinir

Təbrizdə mağazalar üzərindəki xarici adlarla bağlı qadağanın icrasına başlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Ümumi Asayiş Polisinin rəisi Əlirza Hünərdust məlumat verib.

O bildirib ki, mağazaların üzərində xarici sözlərin yazılması ilə bağlı qadağa planı icra edilib və indiyədək 34 ticarət müəssisəsi bağlanıb:

“Üzərində qeyri-adi ad və latın əlifbasından istifadə edən ticarət müəssisələrinə qarşı qanuni tədbirlər görülür. 173 ticarət müəssisəsinin sahiblərindən qanunlara riayət etmək və qeyri-fars əlifbasından istifadə etməməklə bağlı imza alınıb”.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm