• USD 1,7000 0,00% EUR 2,0137 -0,22%
    • GBP 2,2658 +0,09% RUB 0,0224 +0,45%

Rusiya raket briqadalarını “İskəndər”lərlə təchiz edəcək

  • Dünya
  • 21 Noyabr 2015 21:17
  • 886 Baxış
Rusiya raket briqadalarını “İskəndər”lərlə təchiz edəcək

Rusiya Silahlı Qüvvələrinin bütün raket briqadaları “İskəndər-M” operativ-taktik raket kompleksləri ilə təchiz edəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə quru qoşunları və raket artilleriyasının rəis müavini general-mayor Aleksandr Draqovalovski “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, hərbi hissələrin yenidən silahlanması 2018-ci ilə kimi başa çatdırılmalıdır.

Hazırda raketin “İskəndər-M" və “İskəndər-K” versiyaları Rusiya ordusunun silahlanmasına qəbul edilib. “İskəndər-E” isə raketin ixracat versiyasıdır və 280 kilometr uçuş məsafəsinə malikdir.

“İskəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İskəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İskəndər-M” raketlərini Kalininqrad vilayətində yerləşdirmişdi və bu Qərbdə ciddi narahatlıq doğurmuşdu. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İskəndər-M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR