Brüsseli partladacaq – paytaxtda fövqəladə vəziyyət elan edildi - VİDEO
Bizi izləyin

Dünya

Brüsseli partladacaq – paytaxtda fövqəladə vəziyyət elan edildi - VİDEO

Belçikanın paytaxtı Brüsseldə fövqəladə vəziyyət elan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə terror hücumları təşkil üç qardaşdan biri olan Salah Abdeslam hazırda Brüsseldədir.

Belçika mediasının xəbərinə görə, Salah Abdeslamı Parisdən Brüsselə gətirən Hamza A. polisə daha əvvəl verdiyi ifadəsini dəyişdirib və Abdeslamın üzərində bomba olduğunu deyib. Hamza A. Abdeslamın özünü patlatmağa hazır olduğunu, bunu onun gərgin hərəkətləri və üzərindəki geyimin qalın olmasından anladığını söyləyib.

Qeyd edək ki, Hamza A.-nın özü Brüsseldə keçirilən əməliyyatın gedişatında tutulmuşdu.

Paris hücumlarını həyata keçirən üç qardaşdan ikisi ölüb. 26 yaşı olan əsas şübhəli Salah Abdeslamın tutulması üçün isə Brüsseldə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərdə terror təhlükəsi ən yüksək səviyyəyə çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm