• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Düyü idxalına görə iki nazirlik arasında qalmaqal yaranıb

  • Dünya
  • 22 Noyabr 2015 05:13
  • 894 Baxış
Düyü idxalına görə iki nazirlik arasında qalmaqal yaranıb

İranın Gömrük Təşkilatı və Kənd Təsərrüfatı Nazirliyi arasında ölkəyə düyü idxalı ilə bağlı qalmaqal yaşanıb. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verib.

Ölkənin Gömrük Təşkilatı bu ilin 20 sentyabr-20 oktyabr tarixində (İran təqvimi ilə 7-ci ay) ölkəyə 1 milyon ton düyünün idxal edildiyini bildirir. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi isə Gömrük Təşkilatının açıqladığı rəqəmin doğru olmadığını, bu rəqəmlərdə düzəliş olunacağını və ölkəyə bu qədər düyü idxalı üçün izn verilmədiyini bildirir.

İranın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu dövrdə ölkəyə 434 min ton düyü idxal olunub.

Qeyd edək ki, İranın Gömrük Komitəsinin statistikasına görə, 20 snetyabr-20 oktyabr tarixi arasında ölkəyə 1 milyon 94 min 500 ton düyü idxal olunub. Ümumiyyətlə, İrana son 7 ay ərzində 1 milyon 490 min 300 ton düyü idxal olunub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə çəki baxımından 99.44 faiz artıb, dəyər baxımından isə 52 faiz azalma göstərir.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Gömrük Təşkilatının ölkəyə düyü idxalı ilə bağlı açıqladığı rəqəmlər yanlışdır və biz bu rəqəmləri təkzib edirik. Ona görə ki, Kənd Təsərrüfatı Nazirliyi düyü idxalı üçün heç bir lisenziya verməyib.

İranın Kənd Təsərrüfatı Nazirliyinin ticarətin inkişafı və mühasibət idarəsinin direktoru Camal Müdərrisi İSNA agentliyinə açıqlamasında deyib: “Cari ilin ilk 7 ayı ərzində (İranda il martın 21-də dəyişir) ölkəyə 434 min ton düyü idxal olunub ki, bu rəqəmin 45 min tonu 7-ci ay ərzində (20 sentyabr-20 oktyabr tarixində) idxal olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR