Krım qaranlığa qərq oldu
Bizi izləyin

Dünya

Krım qaranlığa qərq oldu

Ukraynadan gələn elektrik xəttlərini daşıyan dirəklərin "partladılması" ilə əlaqədar olaraq Krım qaranlığa qərq olub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Krıma gedən bütün elektrik xətti kəsilib, regionun iki milyon sakini elektriksiz qalıb.

Sosial mediada yayılmış şəkillərdə bəzi dirəklərin üzərində Ukrayna, bəzilərində isə Krım tatar bayraqları görünür.

Krım keçən il Rusiya tərəfindən ilhaq edilib. Buna baxmayaraq Ukrayna bölgəni elektrik enerjisi ilə təmin etməkdə davam edirdi.

Krım rəsmiləri bildirib ki, onlar generatorlardan istifadə etməklə Simferopol, Yalta və Saki şəhərlərini qismən elektriklə təmin ediblər.

Krım baş nazirinin müavini Mixail Şeremet bildirib ki, yarımadanın hospitallarında ehtiyat elektrik enerjisi mənbələri olduğundan bu, onlara təsir etməyəcək.

Krım Fövqəladə Hallar Nazirliyi bölgədə fövqəladə vəziyyət elan edib.

Ukrayna rəsmiləri bildirib ki, onlar zədələnmiş dirəkləri bərpa etmək istəyərkən fəallar ərazini mühasirəyə alıb.

“Dəyən zərərdən aydın olur ki, buna atəş və ya partlayış səbəb olub,” Ukraynanın dövlət enerji şirkəti Ukrenergo bəyanat yayıb.

Rusiyanın hakimiyyətinə qarşı çıxan Krım tatarları qırıq elektrik xəttlərinin yanında etiraz aksiyası keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm