Kanada Brüsseldəki səfirliyini bağladı
Bizi izləyin

Dünya

Kanada Brüsseldəki səfirliyini bağladı

Kanada Brüsseldəki səfirliyini bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi rəsmi "Twitter” hesabında yazıb.

Buna səbəb Brüsseldə Paris terroru səviyyəsində hücum riski haqqında məlumatın yayılması olub. Noyabrın 21-də bu ölkədə dördüncü dərəcəli terror təhlükəsi elan edilib.

Ölkənin digər ərazilərində isə üçüncü dərəcəli terror təhlükəsinin olduğu bildirilir.

Qeyd edək ki, Brüsseldə metro bağlanıb və yerin altı ilə hərəkət edən tramvaylar gücləndirilmiş iş rejiminə keçib. Polis ölkənin hər yerində avtomatla gəzir, insanların kütləvi toplaşdığı yerlər – kinoteatrlar, muzeylər və konsert zalları bağlanıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm