İŞİD onlara Qafqazı partlatmağı əmr edərsə... – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD onlara Qafqazı partlatmağı əmr edərsə... – ŞOK İDDİA

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının tərəfində vuruşmaq üçün Suriyaya yalnız Pankisi dərəsi deyil, Gürcüstanın digər iki regionu - Kvemo-Kartli və Acariya regionlarından da insanlar gedirlər.

Publika.az xəbər verir ki, bu sözləri Qafqaz məsələləri üzrə gürcü ekspert Mamuka Areşidze Fransanın Fransa Beynəlxalq Radiosuna (Radio France İnternational-RFİ) açıqlamasında deyib.

Onun sözlərinə görə, Acariyada Pankisi dərəsindən daha çox insan yaşayır və burada müsəlman əhali əksəriyyət təşkil edir.

Ekspert qeyd edir ki, əsas əhəmiyyətli amil Acariyanın Türkiyəyə yaxınlığıdır: “Acariya sakinləri Gürcüstandan Türkiyəyə maneəsiz hərəkət edə bilərlər. Burada vəziyyətə nəzarət etmək daha mürəkkəbdir, nəinki Pankisi dərəsində. Pankisi dərəsində vəziyyətə nəzarət etmək daha asandır. Acariyadan İŞİD-in sıralarında 20 nəfər döyüşür, 4 nəfər isə həlak olub. Acariyadan gedənlər yalnız Türkiyənin təhsil müəssisələrində deyil, həm də Fars körfəzinin digər ölkələrində, məsələn, Səudiyyə Ərəbistanında təhsil alırlar”.

Mamuka Areşidze qeyd edib ki, azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionunda vəziyyətə nəzarət etmək çox çətindir. O, azərbaycanlıların əsasən şiə olduğunu, sünnilərin 8-10 faiz təşkil etdiyini bildirib.

Gürcü ekspert Suriyada döyüşən Gürcüstan vətəndaşlarının geri qayıdacağı halda onların ciddi təhlükə olacağını dilə gətirib: “Axı biz bilmirik ki, bu insanların psixikası necə dəyişib və onlar hansı tapşırıqları alacaqlar. Bu baxımdan da müəyyən təhlükə mövcuddur. Başa düşmək əhəmiyyətlidir ki, vətənə qayıdanlar heç vaxt adaptasiya oluna bilmirlər, başqa psixologiyaya malik olurlar. Gürcüstan Suriya müharibəsindən uzaqdadır. Ancaq İŞİD-in versiyasına görə, Gürcüstan “xilafət”in, “Qafqaz vilayəti”nin bir hissəsi hesab edilir. Hər şey “Qafqaz vilayəti” ilə məşğul olan insanların hansı əmr alacaqlarından asılıdır. “Qafqaz vilayəti” yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan və Şimali Qafqazdır. “Gəzən bombalar”dan söhbət gedir. Əgər İŞİD onlara Qafqazı partlatmağı əmr edərlərsə, dəqiq partladacaqlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm