“Terrorçu”, “bombardmançı”... – Onları Britaniyada belə adlandırırlar
Bizi izləyin

Dünya

“Terrorçu”, “bombardmançı”... – Onları Britaniyada belə adlandırırlar

Böyük Britaniyanın müsəlman icması Parisdəki terror aktlarından sonra müsəlman qadınlara hücumların sayının artmasından şikayətlənib.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.

İslamofobiya məsələləri üzrə hökumətin işçi qrupu tərəfindən toplanmış faktlara əsasən, Parisdə noyabrın 13-də həyata keçirilən terror aktlarından keçən bir həftə ərzində müsəlmanlara 115 hücum olub. Bu hücumların əksəriyyəti 14-45 yaşlarında hicablı qadınlara edilib. Hücum edənlər isə 15-35 yaşlarındakı ağdərili kişilər olub. Hadisələrin əksəriyyəti ictimai yerlərdə baş verib.

Hücum edənlər qurbanlarını “terrorçu”, “bombardmançı” və “əclaf” kimi sözlərlə təhqir ediblər. Qeyd edilir ki, hücuma məruz qalanlar işçi qrupunun açıqladığı rəqəmdən daha çoxdur. Onların bir çoxunun qorxudan polis və müsəlman icmasının fəallarına müraciət etmədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm