Xamneyi Putinlə görüşdə ABŞ-ı təhqir etdi
Bizi izləyin

Dünya

Xamneyi Putinlə görüşdə ABŞ-ı təhqir etdi

“ABŞ Asiyanın qərbində hakim güc olmaq üçün uzun müddətdir planlar həyata keçirir. Bu, İran və Rusiya da daxil olmaqla bütün ölkələrin maraqlarına ziddir”.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Xamneyi Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət başçılarının III sammitində iştirak etmək üçün Tehrana gələn Rusiya prezidenti Vladimir Putinə görüşdə deyib.

Dini lider bildirib ki, ABŞ-in bu planları zərərsizləşdirilməlidir.

ABŞ-ın Suriya prezidentinin devrilməsində israrlı olduğunu deyən Xamneyi, Əsədin xalq tərəfindən seçildiyini və ölkəsinin qanuni prezidenti olduğunu dilə gətirib. Xameneinin sözlərinə görə, ABŞ-ın Suriya xalqının bu seçiminə hörmətsizlik etməyə haqqı yoxdur.

ABŞ-ın şərəfli bir diplomatiyaya sahib olmadığını deyən dini lider nüvə mövzusundan başqa Vaşinqtonla istər Suriya, istərsə də digər mövzularda ikitərəfli müzakirələrin aparılmayacağını vurğulayıb.

İranın “altılıq”la əldə etdiyi nüvə razılaşmasına toxunan Xamneyi Amerikaya güvənmədiklərini söyləyib.

İranın müstəqil və güclü ölkə olduğunu deyən Putin isə İranı etibarlı müttəfiq kimi gördüklərini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm