“Moskva küt ermənilərə elan edəcək...” - Erməni nəşri
Bizi izləyin

Dünya

“Moskva küt ermənilərə elan edəcək...” - Erməni nəşri

“Moskva küt ermənilərə elan edəcək...” - Erməni nəşri

Martın 16-da Krımda referendumun keçirilməsindən ermənilər və ermənipərəst ruslarda müəyyən ümidlər oyandı. Ermənistan və Rusiya mətbuatı, o cümlədən müəyyən siyasi dairələr Dağlı Qarabağ kontekstində “Krım presedenti”ni fəal şəkildə gündəmə gətirdilər. Amma müəyyən həvəslənmədən sonra Ermənistanda sakitlik başladı.

Publika.Az – ın verdiyi xəbərə görə, Ermənistanın “Lragir” qəzeti yazır ki, ölkədə hamı anladı ki, “Krım presedenti” təhlükəlidir.

“Rusiyanın bir çox dairələrində də bu barədə tezliklə “tabut sükutu” hökm sürəcək və rəsmi Moskva “küt ermənilərə” elan edəcək ki, heç bir presedent yoxdur. Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra da Qarabağ üçün “presedent” yaradılırdı. Amma bu olmadı”, - qəzet yazır.

Rəsmi İrəvan bu halda necə hərəkət etməlidir? Krımın Rusiyaya birləşməsinin tanınmasını Moskva tələb edəcəkmi?“Lragir” qeyd edir ki, Ukrayna hadisələri dünyanın yeni qayda ilə idarə edildiyini göstərdi:

“Beynəlxalq normalar artıq qüvvədə deyil. Bu Kosovo hadisələrində də özünü göstərdi. Dünyada heç bir standart və “presedent” yoxdur. Hər şey vəziyyətdən və siyasətdən asılıdır. Rəsmi İrəvan nə edir? Rəsmi İrəvan susurdu, susur və susmaqda davam edir. Rəsmi İrəvanın yeganə “siyasəti” heç nə almadan onların arxasınca getməkdir. Biz Gömrük şurasına elə sürətlə diyirlənirik ki, bizə rusların özü də gülürlər”.

“Moskva Qarabağı tanıyırmı? Əlbəttə, tanımır, birincisi, ona görə ki, Qarabağ Kremlin boğazında “sümükdür” və ondan həmişə qurtulmağa çalışır. İkincisi, ümumiyyətlə belə bir məsələni niyə müzakirə etmək lazımdır, əgər Ermənistan hakimiyyəti şüurlu olaraq bundan imtina edibsə”, - “Lragir” “Krım presedenti”nə ümid etməyin lazım olmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm