Seçki komissiyasının üzvlərinə sui-qəsd: ölənlər var
Bizi izləyin

Dünya

Seçki komissiyasının üzvlərinə sui-qəsd: ölənlər var

Misirin Sinay yarımadasının şimalında yerləşən El-Ariş şəhərindəki otellərdən birinin qarşısında terror aktı törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, törədilən iki partlayış arasındakı fasilə 10 dəqiqə olub.

Bombalar otelin qarşısındakı avtomobillərə qoyulub. Terror aktı yerli parlament seçkilərinin ikinci turunun keçirilməsindən bir gün sonra törədilib. Oteldə seçki komissiyasının nümayəndələri olub.

İlkin məlumatlara görə, partlayışlar nəticəsində biri polis olmaqla üç nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Ancaq yerli KİV-in məlumatına görə, terror aktının arxasında İŞİD terror qruplaşmasının olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm