• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

Moskvadan ilk cavab - Lavrov Türkiyə səfərini ləğv etdi

  • Dünya
  • 24 Noyabr 2015 15:19
  • 2 322 Baxış
Moskvadan ilk cavab - Lavrov Türkiyə səfərini ləğv etdi

Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısının Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcısı ilə vurulmasına Moskvadan sərt reaksiya gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə planlaşdırılan səfəri ləğv edilib.

Qeyd edək ki, Sergey Lavrov noyabrın 25-də Türkiyəyə rəsmi səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı iki dövlət arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələləri və Suriyadakı vəziyyət müzakirə olunmalı idi.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR