NATO hərəkətə keçdi: təcili toplantı - YENİLƏNİB
Bizi izləyin

Dünya

NATO hərəkətə keçdi: təcili toplantı - YENİLƏNİB

Şimali Atlantika İttifaqı (NATO) Türkiyə sərhədini pozduğu üçün türk F-16-sı tərəfindən vurulan Rusiyanin SU-24 qırıcısı ilə bağlı ilk açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbi alyans vəziyyəti yaxından izlədiklərini açıqlayıb.

“Vəziyyəti yaxından izləyirik. Türkiyəli səlahiyyətlilərlə təmas halındayıq. Ancaq hazırda mövzu ilə əlaqədar daha çox məlumat verə bilməyəcəyik”, - açıqlamada deyilir.

NATO-nun qarşıdakı saatlarda hadisə ilə bağlı geniş bəyanat verməsi gözlənilir. Hazırda alyansın hadisə ilə əlaqədar növbədənkənar toplantısı keçirilir.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Bu, NATO-nun 66 illik tarixində ilk hadisədir ki, alyansa üzv ölkə Rusiya qırıcısını vurur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm