Diplomatik böhran: səfirlər Xarici İşlər Nazirliyinə çağırıldı
Bizi izləyin

Dünya

Diplomatik böhran: səfirlər Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın SU-24 hərbi təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulması iki ölkə arasında gərginliyi artırıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Eyni vaxtda Rusiyanın Ankarada səfirliyinin məsləhətgüzarı Sergey Panov Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib.

Hər iki tərəfin diplomatlarına verilən mesajlar barədə heç bir açıqlama verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm