Türkiyə Rusiyanın qazını almaqda davam edəcək
Bizi izləyin

Dünya

Türkiyə Rusiyanın qazını almaqda davam edəcək

“Rusiyadan Türkiyəyə təbii qaz verilişi dayandırılmayıb”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın enerji nazirinin müavini Anatoliy Yanovskiy açıqlama verib. O deyib ki, təyyarənin vurulması Ruiyadan Türkiyəyə qaz nəqlinə təsir etməyəcək.

“Hazırda təbii qaz ixracı Rusiya və Türkiyə arasında imzalanmış razılaşmaya uyğun olaraq davam edir. Bunun əksi isə mümkün deyil”, - nazir əlavə edib.

Qeyd edək ki, bu gün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 tipli təyyarə Türkiyə hava məkanına daxil olduğu üçün vurulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm