Moskvadan Ankaraya sərt mesaj: “Məhv ediləcək”
Bizi izləyin

Dünya

Moskvadan Ankaraya sərt mesaj: “Məhv ediləcək”

Rusiya Türkiyə ilə hərbi əlaqələri dayandıracaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş qərargahın əsas operativ idarəsinin müdiri, general-leytenant Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, Suriyada Rusiya hərbçiləri üçün potensial təhlükə yaradan bütün hədəflər məhv ediləcək. Rudskoy əlavə edib ki, Baş qərargah Suriyada Rusiya aviasiya bazasının təhlükəsizliyinin təmin olunması üçün əlavə ölçüləri hazırlayır.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm