Türkiyə üçün daha bir təhlükə: Kiprdə Rusiya bazası...
Bizi izləyin

Dünya

Türkiyə üçün daha bir təhlükə: Kiprdə Rusiya bazası...

Cənubi Kipr Pravoslav İnsan Hüquqları Müdafiə Mərkəzi adada Rusiya hərbi bazasının qurulması təklifi ilə çıxış edib.

Publika.az Rusiyanın “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, mərkəz prezident Nikos Anastasiadisə bununla bağlı müraciət edib.

Mərkəzin sədri Marius Fotiu Avropa Birliyinin üzvü olan Kipr Respublikasının Suriyaya daha yaxın olduğunu və buna görə də ölkə üçün terror təhlükəsinin daha yüksək olduğunu bildirib. O, NATO-nun terrorla mübarizə səylərinin ciddi nəticələr vermədiyini qeyd dilə gətirib.

Qurum bu təşəbbüsünün dəstəklənməsi üçün imzatoplama kampaniyası keçirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm