“Rus xalqı qurban ola bilər”
Bizi izləyin

Dünya

“Rus xalqı qurban ola bilər”

"Rusiya prezidenti Vladimir Putinin Türkiyənin Suriya ilə sərhədində Rusiyanın Su-24 təyyarəsinin vurulmasına reaksiyası gərginliyin artmasına yol açacaq".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Atlantika fondunun aparıcı elmi işçisi Ariyel Kohen deyib. Amerikalı təhlilçi hesab edir ki, insident vəziyyətin daha da ciddiləşməsinə gətirib çıxara və Rusiya və Türkiyə arasında enerji sahəsində münasibətlərə mənfi təsir göstərə bilər.

“İlk növbədə, Putin tərəfindən keçən il dekabr ayında təklif edilmiş “Türkiyə axını” qaz kəməri layihəsi, görünür, baş tutmayacaq. Rusiya Türkiyə və Avropaya 63 milyon kubmetr qaz ixrac etmək imkanını itirəcək və milyardlarla dollar avro məbləğində gəlir itirəcək” - deyə o bildirib.

Təhlilçi bildirib ki, təyyarə ilə bağlı insident Akkuyuda dörd reaktora malik nüvə elektrik stansiyasının inşası layihəsini təhlükə altına almış ola bilər. “Türkiyə 20 milyard dollar dəyərində Rosatom-un bu flaqman layihəsinə başlamazdan əvvəl iki dəfə fikirləşməlidir” - deyə Ariyel Kohen bildirib.

Amerika təhlilçisi Rusiyadan Türkiyəyə təchizatın dayandırılması ehtimalının Rusiya üçün olduqca ciddi nəticələri ola biləcəyini deyib. “Hazırkı təchizata gəldikdə, Qazpromun gəlirlərə ehtiyacı var. Avropada qış mövsümünün mülayim keçəcəyi gözlənilir və alternativ qaz mənbələri Qazpromun bazar payına şərik ola bilər. Onlar üçün Türkiyəyə təchizatı kəsmək intihara bərabər olardı”.

Ariyel Kohen son insidentin Rusiyadan Türkiyəyə turizmin məhdudlaşdırılması ilə nəticələnə biləcəyini qeyd edib. “Kreml Rusiyadan Misirə istirahət məqsədilə turizmi Rusiya təyyarəsinin İŞİD tərəfindən səmada partladılmasından sonra dayandırıb. Rus xalqı Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə pozulmasının real qurbanı ola bilər” - deyə o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm