Dünya
Putindən Ərdoğana ittiham: “Radikal islamlaşma aparırlar”
Türkiyənin indiki rəhbərliyi öz ölkəsində islamlaşmaya məqsədyönlü dəstək verir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
“Problem Rusiyanın SU-24 təyyarəsinin vurulması deyil. Problem daha dərindir. Türkiyənin bugünkü rəhbərliyi ölkənin islamlaşması üzrə məqsədyönlü daxili siyasət həyata keçirir. Bunu yalnız biz müşahidə etmirik, sizi inandırıram ki, bunu bütün dünyada görürlər”, - Putin qeyd edib.
İslamın böyük və ənənəvi dünya dinlərindən biri olduğunu deyən Rusiya prezidenti ölkəsinin islamı dəstəklədiyini dilə gətirib. Amma Putin islamın daha radikal istiqamətlərinə verilən dəstəkdən söhbət getdiyini söyləyib.
“Və bu öz-özlüyündə çox əlverişsiz atmosfer yaradır. İlk baxışda bu görünmür”, - Rusiya lideri bildirib.
Prezident rusiyalıları Türkiyəyə səfərlərdən çəkinməyə çağıran Rusiya Xarici İşlər Nazirliyini də dəstəkləyib: “Axı təyyarəmizin məhv edilməsi və pilotumuzun həlak olması kimi faciəli hadisələrdən sonra nə etmək olar. Bu, məcburi ölçüdür. Xarici İşlər Nazirliyi təhlükə haqqında vətəndaşlarımızı xəbərdar etməklə düzgün edir. Rusiya vətəndaşları Türkiyədə təhlükəyə məruz qala bilərlər”.
Qeyd edək ki, dünən səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.
Ömər Dağlı
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır