• USD 1,7000 0,00% EUR 2,0182 -0,12%
    • GBP 2,2637 +0,29% RUB 0,0223 +0,45%

Lavrov Çavuşoğlunun bu istəyini rədd etdi

  • Dünya
  • 25 Noyabr 2015 18:06
  • 2 148 Baxış
Lavrov Çavuşoğlunun bu istəyini rədd etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Lavrovun türk həmkarının görüş istəyini qəbul etmədiyini söyləyib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic iki nazirin qarşıdakı günlərdə bir araya gəlmək üçün razılaşdıqlarını bildirib. Onun sözlərinə görə, Çavuşoğlu Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi barədə Lavrova məlumat verib.

Tanju Bilgic qeyd edib ki, görüşdə məsələ ilə bağlı detalların diplomatik və hərbi kanallardan paylaşılması barədə razılıq əldə edilib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR