Dünya
Rusiya Suriyada, İŞİD Dağıstanda: Qafqaz Suriyaya necə yaxınlaşır?
Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirdiyi bir
vaxtda, Dağıstan Respublikasından terror qruplaşması sıralarına
qoşulmaq üçün evini tərk edənlərin sayı çoxalmaqdadır.
Publika.az Dağıstan mənbələrinə istinadən xəbər
verir ki, yerli hüquq-mühafizə orqanları çoxsaylı anti-terror
əməliyyatları keçirməyinə baxmayaraq, artan İŞİD tərəfdarlarının
qarşısını ala bilmir. Dəqiqləşdirilməmiş məlumatlara görə, bölgədən
İŞİD-ə qoşulanların sayı bir neçə mini ötüb.
Dağıstandan günaşırı olaraq Suriyaya 15-20 nəfər
gedir
Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev də Publika.az-a
açıqlamasında bildirib ki, Dağıstandan Suriyaya gedərək İŞİD-ə
qoşulanların sayında ciddi artım var: “Rusiyanın İŞİD-ə qarşı
keçirdiyi əməliyyatlar bunun qarşısını ala bilmir. Dağıstanın
daxili işlər naziri Abduraşid Maqamedov bildirib ki, İŞİD
sıralarında 800 nəfər dağıstanlı döyüşür. Onlardan artıq yüzü
öldürülüb. Bu statistikanın haradan götürüldüyü bəlli deyil”.
Ekspert qeyd edib ki, bölgədə övladları Suriyaya gedən ailələr bu
faktı gizlətməyə çalışırlar.
“Onlar təzyiqlərə məruz qalacaqlarından qorxurlar. Digər tərəfdən,
Dağıstan rəsmiləri bir-birilərini təkzib edən rəqəmlər söyləyirlər.
Məsələn, bu yaxınlarda Dağıstanın Kizilyurt rayonunda keçirilən
anti-terror komissiyasının iclasında yüksək vəzifəli polis zabiti
Şeyxmaqomed Şeyxmaqomedov bildirib ki, Dağıstandan günaşırı olaraq
Suriyaya 15-20 nəfər gedir. Təkcə Mahaçqala şəhərinin
yaxınlığındakı Novıy Xuşet qəsəbəsindən 15 gənc İŞİD sıralarında
döyüşür. Şeyxmaqomed Şeyxmaqomedovun açıqlaması daha real görünür.
Çünki yerli bələdiyyə orqanları ilə sıx əlaqədə işləyən yüksək
rütbəli polis zabiti statistikanı anti-terror komissiyasının
iclasında əminliklə açıqlayır”, - deyə o, bildirib.
Suriyaya gedənlər Pankisi dərəsi istiqamətindən istifadə
edir
M. Mehdiyev əlavə edib ki, istər Azərbaycanın, istərsə də Şimali
Qafqazın bəzi KİV-ləri İŞİD-ə qoşulan dağıstanlıların
Azərbaycan-Rusiya sərhədindən istifadə etdiklərini deyirlər: “Lakin
bu tam həqiqətə uyğun deyil. Dağıstanın bəzi hərbi analitikləri
deyirlər ki, dağıstanlılar Rusiya Federasiyasının
Dağıstan-Gürcüstan sərhədindən, ən çox da Pankisi dərəsi
istiqamətindən də istifadə edirlər. Rusiya Federasiyasının müxtəlif
şəhərlərində yaşayan dağıstanlı gənclər də ayrı-ayrı marşrutlardan
istifadə edərək, Suriyaya gedirlər”.
“Rusiyanın İŞİD-ə zərbələr endirməsi onların ürəyincə
deyil”
Ekspert diqqətə çatdırıb ki, Rusiyanın İŞİD-ə zərbələr endirməsi
heç də bütün dağıstanlıların ürəyincə deyil.
“Onlar Suriya məsələsində Rusiya-İran müttəfiqliyinə pis
yanaşırlar. Ona görə də, Dağıstandan və digər Şimali Qafqaz
respublikalarından İŞİD-ə qoşulanların sayı artmaqdadır”, - deyə M.
Mehdiyev bildirib.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK