“Putin daha diqqətli olsaydı...”
Bizi izləyin

Dünya

“Putin daha diqqətli olsaydı...”

“Rusiya prezidenti Vladimir Putinin hərəkətləri onun strategiyası deyil, ölkədəki sağlam olmayan daxili siyasi vəziyyətdən xəbər verir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın SU-24 təyyarəsinin vurulmasına Putinin reaksiyasını şərh edən ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Məqalə müəllifinin fikrincə, Putinin hazırda iki məqsədi var: sanksiyaların ləğvi və neftin qiymətinin yüksəlməsi. Müəllif hesab edir ki, bundan başqa, rusiyalıların yoxsullaşmasına bəraət qazandırmaq üçün Putinə Qərblə münaqişə lazımdır.

“Əgər Putin daha diqqətli olsaydı, o, artıq anlayardı ki, onun təsiri təqdim edildiyindən olduqca azdır. Rusiya lideri öz əhəmiyyətli dostları Almaniya və Türkiyəni faktiki olaraq düşmənə çevirməyi bacardı. Maliyyə bazarlarında sarsılan Rusiya təyyarənin vurulmasına reaksiyası olduqca sadə oldu. Putinin hakimiyyətini yaxşı heç nə gözləmir”, - jurnalist yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm