Prezident sünnəti qadağan etdi
Bizi izləyin

Dünya

Prezident sünnəti qadağan etdi

Qambiya prezidenti Yaya Camme qadın sünnətini qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri bildirib.

Qambiyada son illərdə qadın sünnəti üzrə əməliyyatların sayı xeyli azalsa da, BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, ölkə qadınlarının 76 faizi bu əməliyyata məruz qalıb. Son 14 il ərzində həmçinin qızların 56 faizi qadın sünnətinin qurbanı olub.

Hazırda Afrikanın 19 ölkəsində qadın sünnəti qadağandır. Bu ölkələrə son olaraq cari ildə Nigeriya qoşulub.

BMT 28 noyabr 2012-ci ildə qadın sünnətinin qadağası çağırışı ilə çıxış edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın sünnəti sağlamlıq üçün çoxsaylı problemlər yaradır və yoluxucu xəstəliklərə gətirib çıxarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm