İlker Başbuğ: “Rus təyyarəsinin vurulması doğru addımdır”
Bizi izləyin

Dünya

İlker Başbuğ: “Rus təyyarəsinin vurulması doğru addımdır”

Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general İlker Başbuğ ötən gün Türkiyənin Rusiyaya məxsus qırıcı təyyarəni vurmasına münasibət bildirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Başbuğ bəyan edib ki, Türkiyənin rus təyyarəsini vurması doğru addımdır: “Bu addım beynəlxalq qanunların tələblərinə də tam uyğundur. Türkiyə Hava Qüvvələri üzərlərinə düşən vəzifəni yerinə yetirib. Bu hadisə Türkiyə ilə Rusiya münasibətlərində müvəqqəti soyuqluq yaradacaq. Ancaq düşünmürəm ki, yaranmış diplomatik böhran iki ölkə arasında daimi olaraq qalsın. Əgər bu qalsa belə, tezliklə bu problemi aradan qaldırmaq lazımdır”.

Sabiq baş qərargah rəisi qeyd edib ki, Suriyada artıq 6 ilə yaxındır ki, böhran yaşanır: “Böhran isə böyük münaqişələrə və faciələrə gətirib çıxarıb. İndi Suriyada bir insanlıq dramı yaşanır. Bu ölkədə həyatını itirənlərin sayı 300 mini, ölkə xaricinə gedənlərin sayı isə 3 milyonu ötüb. Ölkə xaricinə gedən suriyalıların böyük hissəsi, təqribən 2,5 milyondan çoxu Türkiyəyə sığınıb. Bəs bu qədər insanın taleyi necə olacaq? 2,5 milyon insan nə zaman öz ölkəsinə dönəcək? Bəlkə də, onların əksəriyyəti heç Suriyaya geri qayıtmayacaq. Bəs bu qədər insanı Türkiyə təkbaşına necə yaşadacaq? Bu gün bunu müşahidə etməsək də, ancaq sabah bu insanlar Türkiyənin təhlükəsizliyi üçün də problem yarada bilərlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm