İŞİD və PYD-dən yeni Türkiyə planı: şəhər PKK-ya təslim edilir
Bizi izləyin

Dünya

İŞİD və PYD-dən yeni Türkiyə planı: şəhər PKK-ya təslim edilir

Suriyada bir-biri ilə razılaşaraq Türkiyəni çətin vəziyyətdə qoymaq istəyən İŞİD və PYD (PKK terror qruplaşmasının Suriya qolu) yeni bir planı həyata keçirir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD Türkiyə sərhədindəki Cerablus şəhərində bütün bayraqları endirib.

İŞİD-in Cerablusu PYD-yə təslim edəcəyi bildirilir. Kanalın aparıcısı Ardan Zentürk İŞİD-in bir güllə atmadan Tel-Abyadı tərk edərək buranı PYD-yə təslim etdiyini xatırladıb.

Bölgədə fəaliyyət göstərən jurnalist Mehmet Hanifi Kılıc da sözügedən informasiyanı təsdiq edərək Cerablusda İŞİD-ə aid heç bir izin qalmadığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm