Türkiyə Suriyadakı əməliyyatlarını dayandırdı
Bizi izləyin

Dünya

Türkiyə Suriyadakı əməliyyatlarını dayandırdı

Türkiyə hərbi aviasiyası Suriya hava məkanında uçuşları dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Hurriyət” qəzeti bildirib.

Nəşrin məlumatına görə, Türkiyə aviasiyası İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın əməliyyatlarında iştirak edirdi. Türkiyənin bu addımı Rusiyanın SU-24 təyyarəsinin vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan gərginliklə izah edilir.

Mütəxəssislər hesab edir ki, Rusiya Suriyada yerləşdirdiyi S-300 və S-400 zenit-raket sistemləri ilə Türkiyə təyyarələrinə real təhlükə yarada bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm