Rusiya terrorizmin məhvi yolunu göstərdi – Türkiyə qəzəblənəcək
Bizi izləyin

Dünya

Rusiya terrorizmin məhvi yolunu göstərdi – Türkiyə qəzəblənəcək

“Suriya-Türkiyə sərhədinin bağlanması Suriyada terrorizm probleminin həllini tezləşdirəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov suriyalı həmkarı Valid əl-Muallemlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva Türkiyə-Suriya sərhədinin bağlanması ilə bağlı Parisin təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə praktik addımları uyğunlaşdırmaq üçün Dəməşqlə danışıqlar aparır.

“Əminəm ki, Türkiyə-Suriya sərhədini bağlamaqla Suriya ərazisində terrorizmin məhv edilməsi məsələlərini həll edəcəyik”, - rusiyalı naziri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm