Boşluq doldurulur: Ukrayna və Türkiyə hərbi əməkdaşlığa başladı
Bizi izləyin

Dünya

Boşluq doldurulur: Ukrayna və Türkiyə hərbi əməkdaşlığa başladı

Ukraynanın “Ukrboronprom” dövlət konserninin tərkibinə daxil olan"Kiyev zirehli tank zavodu” və Türkiyənin ASELSAN şirkəti arasında əməkdaşlıq məsələləri üzrə danışıqlar keçirilib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ukroboronprom”un mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Ukroboronprom" və ASELSAN optik-elektron avadanlıqlarının istehsalı sahəsində əməkdaşlığın edilməsi imkanlarını öyrənir. Gələcəkdə birgə müəssisənin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə sərhədini pozduğu üçün türk F-16 qırıcısı tərəfindən Rusiyanın SU-24 təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyə ilə hərbi-texniki sahədəki bütün layihələrin dondurulduğunu açıqlayıb.

Ukrayna isə Krımın ilhaqı və Rusiyanın birbaşa yardımı ilə ölkənin şərqində separatçı rejimlərin qurulmasından sonra Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırıb. Ukrayna və Türkiyə arasındakı hərbi əməkdaşlığın yaranan boşluğun doldurulması baxımından əhəmiyyətli olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm