Türkiyə vaz keçməyib: Suriyada əməliyyatlar davam edəcək
Bizi izləyin

Dünya

Türkiyə vaz keçməyib: Suriyada əməliyyatlar davam edəcək

Türkiyə Suriyada “İslam Dövləti” qrupuna qarşı hava zərbələrini davam etdirəcək.

Bu barədə France-Press agentliyi Türkiyənin hökumət nümayəndəsinə istinadla xəbər verir. O, Türkiyənin terrorçuluqla mübarizədə beynəlxalq koalisiyaya sadiq qaldığını deyib. Adı çəkilməyən rəsmi deyib ki, bu məsələdə qərarı Türkiyənin özü verir.

Bundan əvvəl Türkiyənin “Hurriyet” qəzeti Rusiya ilə təsadüfi insidentlərdən qaçmaq üçün Türkiyənin Suriya sərhəddi yaxınlığında hava əməliyyatlarını dayandırmas barədə məlumat yaymışdı.

Türkiyənin noyabrın 24-də hava sərhədlərini pozan Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasında gərginlik yaradıb. Rusiya buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm