Rusiya vətəndaşı tankı traktor kimi qeydiyyatdan keçirdi
Bizi izləyin

Dünya

Rusiya vətəndaşı tankı traktor kimi qeydiyyatdan keçirdi

Latviyanın Ayzpute şəhərinin sakinləri yerli yollarda tankın görünməsindən qorxuya düşüblər.

Publika.az “Mixnews” portalına istinadən xəbər verir ki, tank zəngin bir Rusiya vətəndaşına məxsusdur.

Çoxları tankın mövcudluğunu yerli mediadan öyrənib və özləri onu görməyiblər. Ancaq bu sakinləri sakitləşdirməyib.

Yerli mətbuat tankın olduğu yer getsələr də, sahibini tapa bilməyiblər. Rusiya vətəndaşının evinin mühafizəçisi bildirib ki, tank həqiqətən də var.

Tankın döyüşə yararsız olduğu bildirilir. Məlum olub ki, sahibi onu traktor kimi qeydiyyatdan keçirib və tamamilə qanunidir. Ancaq yerli sakinlər və polis bu vəziyyətdən çox da razı deyillər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm