Almaniya “Tornado”nu Türkiyəyə göndərir
Bizi izləyin

Dünya

Almaniya “Tornado”nu Türkiyəyə göndərir

Almaniya İŞİD-lə mübarizədə istifadə edilməsi planlaşdırılan “Tornado” kəşfiyyat təyyarələrini İncirlik və ya Ammanda yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Silahl Qüvvələrinin Baş Qərargah rəisi Volker Vayker deyib.

Generalın sözlərinə görə, təyyarələrin yerləşdirilməsi ilə bağlı Türkiyə və İordaniya ilə müzakirələr aparılıb:

“Suriyada istifadə olunacaq təyyarələr üçün 1200 canlı qüvvə bölgəyə göndəriləcək. Koalisiya qüvvələrinin bombardmanları həyata keçirmək üçün kifayət qədər gücü var. Əsas quruda nə baş verdiyini bilməliyik. Bu mövzuda bizim “Tornado” təyyarələrimizin köməyi dəyə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm