ABŞ-la Türkiyə razılaşdı: Suriyaya 30 minlik ordu yeridilir
Bizi izləyin

Dünya

ABŞ-la Türkiyə razılaşdı: Suriyaya 30 minlik ordu yeridilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerikalı həmkarı Obama arasında Suriyada quru əməliyyatlarının keçirilməsi haqqında razılıq əldə olunub.

Publika.az xəbər verir ki, bu bardə “Wall Street Journal” qəzeti məlumat yayıb. Məlumata görə, Paris hücumlarından sonra Avropada yenidən bu cür hadisələrin yaşanmamsı üçün Türkiyəyə təzyiqlər artıb. Qərb ölkələri İŞİD üzvlərinin Avropaya sızmasının qarşısını almaq üçün Trkiyədən Cerablus-Çobanbey bölgəsinə nəzarəti artırmağı tələb ediblər. Bu məsələ G20 samittində Ərdoğan və Obama arasında da müzakirə olunaraq əraziyə 30 minlik ordunun yeridilmısi haqqında təklif irəli sürülüb. Təklifi müsbət qarşılayan Türkiyə Prezidenti bölgənin İŞİD-dən təmizlənməsi üçün əməliyyatlarda Türkman və Ərəb birliklərinin də iştirakını, havadan isə koalisiya təyyarələrinin dəstək verməsini istəyib.

Eyni zamanda Ərdoğan PKK-nın Suriya qolu olan YPG-nin Firatın qərbinə keçməməsi üçün bu əməliyyatlarda iştirak etməməsini tələb edib.

Qəzet, Qərb kəşfiyyatına istinadən yazır ki, Paris hücumunu həyata keçirən qrupdan bir neçə adam məhz bu bölgədən Türkiyəyə oradan da Avropaya keçdiyi təsdiqlənib.

“Biz zatən Kilis ilə Cerablus arasından IŞİD-in təmizlənməsində israrlıyıq. Bunun üçün kimsənin tələbinə ehtiyacımız yoxdur. Ancaq etibarlı bir bölgə yaradıldıqdan sonar sərhədlər bağlanacaq”, - Türkiyə rəsmiləri bəyan edib.

“Wall Street Journal”ın yazdığına görə, Türkiyə hökuməti ABŞ-ın verdiyi sözü tutacağı təqdirdə sərhədi bağlayacağına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm