Türkiyənin illərdir gözlədiyi tarixi QƏRAR
Bizi izləyin

Dünya

Türkiyənin illərdir gözlədiyi tarixi QƏRAR

Türkiyə və Avropa Birliyi arasında aparılan danışıqlar başa çatıb.

Axar.az xəbər verir ki, danışıqlarla bağlı Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Birliyinin rəhbəri Donald Tusk və Türkiyə Baş naziri Əhməd Davudoğlu mətbuat konfransı keçirib.

Tərəflər danışıqlarla bağlı bəyanat verib:

"Türkiyə Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, gələn ilin oktyabr ayından etibarən bu ölkə ilə AB arasında vizasız rejim tətbiq ediləcək", - bəyanatda bildirilib.

Türkiyə ilə AB arasında daha 3 məsələ öz həllini tapıb. Tərəflər arasında əldə edilən razılıqlar aşağıdakı kimidir:

1. Avropa Birliyi qaçqınların vəziyyəti ilə bağlı edilən yardımları nəzərdən keçirəcək.

2. Türkiyə burada yaşayacaq suriyalı qaçqınların işlə təmin edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək. Hər il Avropa Birliyi ilə Türkiyə arasında bir toplantı keçiriləcək.

3. İl ərzində 2 sammit keçiriləcək.

Qeyd edək ki, görüşün keçirildiyi zaman artıq vizasız rejimin tətbiqinin mümkünlüyü barədə məlumat yayılmışdı. Bundan əlavə, AB Türkiyəyə 3 milyard avro yardımı öz öhdəsinə götürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm