Rusiya təyyarələri bazarı bombaladı: 40 ölü, 70 yaralı
Bizi izləyin

Dünya

Rusiya təyyarələri bazarı bombaladı: 40 ölü, 70 yaralı

Rusiyanın bombardmançı təyyarələri Suriyanın İdlib əyalətində bazarı bombalayıb.

Publika.az xəbər verir ki, İdlibin Eriha yaşayış məntəqəsindəki bazarın bombalanması nəticəsində 40 nəfər ölüb, 70 nəfər yaralanıb. Ölənlərin arasında qadınlar və uşaqlar da var.

Yaralılar səhra xəstəxananalarına çatdırılıb.

Terrorla mübarizə adı altında Rusiya Suriyada Homs, Hama, Hələb və İdlibdə müxalifətin nəzarətində olan yerləri bombalayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm