Angela Merkel Rusiyanı cəzalandırmağa çağırır
Bizi izləyin

Dünya

Angela Merkel Rusiyanı cəzalandırmağa çağırır

Angela Merkel Rusiyanı cəzalandırmağa çağırır

«Avropa Birliyi liderləri növbəti sammitdə iqtisadi sanksiyalar da daxil olmaqla Rusiyaya qarşı cəzalandırıcı ölçülər götürməlidir».Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel parlamentdə çıxış edərkən deyib.

O bildirib ki, Moskva ilə gərginlik hazırkı durumda Böyük Səkkizliyin effektiv olmadığını göstərir.AB liderləri Brüsseldə 2 günlük açıq samit keçirəcəklər.İyunda keçirilməsi planlaşdırılan Avropa Birliyi-Rusiya sammiti ləğv oluna bilər.


Viza qadağalarının da siyahısı uzana bilər.Ukraynanın baş naziri Arseni Yatsenyukun martın 21-də Avropa Birliyi ilə «Assosiasiya sazişi»nin bir hissəsini imzalayacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm