• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Çavuşoğlu ilə Lavrov arasında sərt dialoq: “Xəbərdar etmişdik!”

  • Dünya
  • 30 Noyabr 2015 11:36
  • 2 229 Baxış
Çavuşoğlu ilə Lavrov arasında sərt dialoq: “Xəbərdar etmişdik!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon söhbəti olub.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasının müzakirə olunduğu telefon söhbətində sərt dialoq yaşanıb.


Sergey Lavrovun dəfələrlə təkrarladığı “təyyarəni niyə vurdunuz” sualına cavab olaraq Mövlud Çavuşoğlu 1983-cü ildə Cənubi Koreyanın sərnişin təyyarəsinin Kamçatkada niyə vurulduğunu soruşub.

Bundan sonra nazirlər arasında aşağıdakı şəkildə dialoq olub:


Lavrov: "Kamçatkanı bir kənara qoyun, Yunanıstandan nümunə verin. Egey dənizinin üzərində davamlı olaraq yunan təyyarələri ilə qarşılaşırsınız, bir-birinizin təyyarələrini niyə vurmursunuz?"

Çavuşoğlu: "Çünki iki ölkə arasında dialoq kanalları açıqdır. Biz Afina ilə davamlı olaraq görüşürük. Egey mövzusunda da dialoq kanallarımız açıqdır".


Lavrov: "Həmin dialoqu bizimlə etmədiniz".

Çavuşoğlu: "Biz sizi dəfələrlə xəbərdar etdik".


Türkiyə xarici işlər naziri vurulan təyyarənin Türkiyənin hava məkanını pozduğunu və bunu rusların da çox yaxşı bildiyini, ancaq israrla eyni davranışı davam etdirdiyini söyləyib. Çavuşoğlu gərginliyin davam etdirilməsinin hər iki ölkəyə zərər verdiyini deyib.


Telefon söhbətində Çavuşoğlu Lavrova Suriyada İŞİD-ə qarşı birgə əməliyyatın keçirilməsini təklif edib. Ancaq Lavrov təklifə müsbət yanaşmayıb.


Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR