Dünya
SU-24-ün vurulmasında ABŞ izi – ŞOK İDDİA
Rusiyanın SU-24 döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından əvvəl edilən xəbərdarlıqlarla bağlı yeni detallar ortaya çıxıb.
Publika.az Türkiyənin “Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, Rusiya təyyarəsinin elektron sisteminə kənardan müdaxilə olub.
Türkiyə iddia edir ki, SU-24 təyyarəsinə Türkiyə hava məkanını pozduğuna dair 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilib. Rusiyalı pilot isə hər hansı bir xəbərdarlığın olunmadığını deyib.
“Heç bir xəbərdarlıq edilməyib. Ona görə də uçuşa normal şəkildə davam edirdik. Raket anidən təyyarənin quyruğuna dəydi. Biz manevr etmək üçün raketi də görmədik”, - rus pilot bildirib.
Türkiyə Hava Qüvvələrinin kəşfiyyat polkovniki Ziya İlker Göktaş ortaya çıxan şübhələrlə bağlı bunları söyləyib:
“Vurulan təyyarə Rusiyanın “Sukhoi” şirkətinin istehsal etdiyi SU-24 bombardmançı təyyarəsidir. Onlarda RWR (Radar Warning Receiver - Radar xəbərdarlığı alan) adlandırılan sistem var. RWR təyyarəyə başqa hərbi təyyarələrdən və ya yerdən atılan raketlərlə bağlı pilota səsli və görüntülü xəbərdarlıq edən sistemdir. Təyyarə bu vəziyyətdə Flare (idarə olunan raketləri aldatmaq üçün istilik buraxan və bir növ hava fişəngini xatırladan sistem) ataraq özünü xilas etməyə çalışır. Ancaq 10 dəfə xəbərdarlıq edildiyi deyilən SU-24 təyyarəsinin istiqamətini dəyişdirmədiyi görünür. Rus təyyarəsinin heç bir xəbərdarlığa cavab verməməsi və raketdən qaçmağa çalışmaması qəribədir. F-16 təyyarələrində olan VTR (Video Qeydiyyat Sistemi) araşdırılsa, qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Türkiyə ilə Rusiyanı bir-birinin üstünə salıblar və kənardan seyr edirlər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Rusiyanın təyyarəsi olduğunu bilməyiblər. Baş nazir Əhməd Davudoğlu isə hadisəni “ünsiyyət qəzası” kimi qiymətləndirib. Ən son isə baş nazirin köməkçisi və hökumətin sözçüsü Numan Kurtulmuş bildirib ki, Rusiya təyyarəsi olduğu məlum olsaydı, belə bir hadisə baş verməzdi. Rusiya prezidenti Vladimir Putin isə vurulan SU-24 təyyarəsinin yeri və uçuş istiqaməti ilə bağlı məlumatları ABŞ-la paylaşıldığını deyib.
“Elə isə soruşuram, biz bu məlumatları niyə ABŞ-la paylaşdıq? Ya ABŞ öz müttəfiqlərinin nə etdiyinə nəzarət edə bilmir, ya da nəticəsini düşünmədən bu məlumatları bir kənara atır”, - Putin vurğulayıb.
Həm Türkiyə rəsmilərinin, həm də Rusiya prezidentinin açıqlamalarından məlum olur ki, bu informasiyalar Türkiyəyə çatdırılmayıb. “Aydınlıq” nəşrinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun “beynəlxalq bir təxribatla qarşı-qarşı dayanmışıq” sözləri də Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsində maraqlı olan üçüncü tərəfin olduğunu göstərir.
Ömər Dağlı
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO