Nazarbayev: “Dəmirəl və Yeltsinin vaxtlarından başlayaraq...”
Bizi izləyin

Dünya

Nazarbayev: “Dəmirəl və Yeltsinin vaxtlarından başlayaraq...”

“Nə qədər çətin olsa da, münasibətləri bərpa etmək üçün tezliklə birgə komissiya yaradılmalı, günahkarlar müəyyən olunaraq cəzalandırılmalı və səhvləri etiraf edilməlidir. Mən Türkiyə və Rusiyadakı dostlarımızı buna çağırıram”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsini şərh edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

O, Rusiya və Türkiyə arasındakı son hadisələrdən məyus olduğunu bildirib: “Hələ ki bu məsələnin bütün nüansları bizə məlum deyil. Amma fakt odur ki, Rusiya bombardmançısı Türkiyəyə hücum etməyib, terrorçularla vuruşmağa gedirdi. Rusiya və Türkiyə dost-silahdaşlar kimi ümumi dil tapmalı və illərlə formalaşan münasibətləri korlamamalıdır”.

Nazarbayev həmçinin vurğulayıb ki, o, baş nazir Süleyman Dəmirəl və prezident Boris Yeltsinin vaxtlarından başlayaraq Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşdırmaq, onları dost etmək üçün çox işləyib.

Xatırladaq ki, noyabrın 24-də Türkiyənin F-16 qırıcısı Suriyada hava əməliyyatlarında iştirak edən Rusiyanın SU-24 təyyarəsini vurub. Ankara rus təyyarəsinin Türkiyənin hava məkanını pozduğu üçün vurulduğunu bildirir, amma Moskva təyyarənin Suriyanın hava məkanında vurulduğunu iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm