Bağlı qapılar arxasında görüş: Putinlə Obama nəyi müzakirə etdi?
Bizi izləyin

Dünya

Bağlı qapılar arxasında görüş: Putinlə Obama nəyi müzakirə etdi?

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama Parisdə keçirilən iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin 21-ci Ümumdünya konfransında görüşüblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, liderlərin bağlı qapılar arxasında keçirilən görüşü yarım saat davam edib.

Məlumata görə, bu, planlaşdırılmamış görüş olub. “Ancaq prezidentlər ikitərəfli formatda aktual məsələləri müzakirə etmək üçün beynəlxalq konfransın verdiyi imkandan istifadə etməyə qərar verdilər”, - xəbərdə deyilir.

İki həftə əvvəl isə Putin və Obama Türkiyənin Antalyada keçirilən G20 sammitində görüşüb. Foyedə baş tutan görüş rəsmi olmasa da, təxminən 40 dəqiqə davam edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm