Rusiya Su-24-ü belə qoruyacaq
Bizi izləyin

Dünya

Rusiya Su-24-ü belə qoruyacaq

Rusiyanın Su-24 bombardmançı təyyarələri Suriyada ilk dəfə yalnız bombalarla deyil, həm də müdafiə olunması üçün kiçik və orta mənzilli “hava-hava” sinfindən olan raketlərlə havaya qalxıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin polkovnik İqor Klimov bildirib. Onun sözlərinə görə, raketlər avtomatik nişan alma başlıqları ilə təchiz edilib və 60 kilometrə qədər məsafədə olan hava hədəflərini vurmaq iqtidarındadır.

Qeyd edək ki, noyabrın 24-də Suriyada hərbi əməliyyatlar aparan Rusiyanın Su-24 təyyarəsi hava sərhədini pozduğu üçün Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Həmin vaxt rus bombardmançısında müdafiə olunmaq üçün raket olmayıb. Rusiya təyyarənin “hava-hava” tipli raketlə vurulduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm