Cəlalabadda güclü partlayış baş verib: 11 nəfər ölüb
Bizi izləyin

Dünya

Cəlalabadda güclü partlayış baş verib: 11 nəfər ölüb

Əfqanıstanın Cəlalabad şəhərində silsilə terror aktları törədilib. Polis idarəsinin qarşısında və bir neçə hökumət binasının yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 11 nəfər ölüb, onlarla adam yaralanıb. Ölənlərin əksəriyyətinin polis əməkdaş

Əfqanıstanın Cəlalabad şəhərində silsilə terror aktları törədilib. Polis idarəsinin qarşısında və bir neçə hökumət binasının yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 11 nəfər ölüb, onlarla adam yaralanıb. Ölənlərin əksəriyyətinin polis əməkdaşları olduğu bildirilir.

İlkin məlumatlara görə, polis idarəsinin qarşısındakı partlayış yayındırıcı manevr xarakteri daşıyıb və terrorçu-kamikadzelərə hökumət binalarına daxil olmaq imkanı verib. Döyüşçülərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma gedib, Cəlalabad şəhərinin böyük bir hissəsi mühasirəyə alınıb.

Silsilə hücumlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, daha əvvəl «Taliban» hərəkatı aprelin 5-nə planlaşdırılan prezident seçkiləri ərəfəsində hücumları intensivləşdirəcəyini bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm