Rusiya Türkiyədə təhsil alan tələbələri geri çağırır
Bizi izləyin

Dünya

Rusiya Türkiyədə təhsil alan tələbələri geri çağırır

Türkiyədə təhsil alan rusiyalı tələbələr geri qaytarılacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Türkiyə Respublikasında olan bütün tələbələr ən yaxın müddətdə Rusiyaya qaytarılacaq”, - mətbuat xidmətindən bildirilib. Türkiyədə 100-ə yaxın rusiyalı tələbə olduğu bildirilir.

Dünən isə Təhsil və Elm Nazirliyinin başçısı Dmitri Livanov Türkiyə ilə əməkdaşlığın dayandırılmasının vacibliyi haqqında Rusiyanın ali məktəblərinə məktubla müraciət edib. Məktubda müəllim və tələbələrin Türkiyəyə planlaşdırılmış səfərlərini təxirə salması tapşırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm