Bağdadinin arvadı Türkiyəni seçdi - VİDEO
Bizi izləyin

Dünya

Bağdadinin arvadı Türkiyəni seçdi - VİDEO

Livanın sərbəst buraxacağı İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin keçmiş həyat yoldaşı Seca əl-Duleymi “Əl-Cəzirə” telekanalına müsahibə verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, Türkiyəyə getmək istədiyini deyib.

Bağdadinin keçmiş həyat yoldaşı “Ən-Nüsra” Cəbhəsinin Livan hökuməti ilə həyata keçirdiyi əsirlərin mübadiləsi çərçivəsində azad ediləcək. Təxminən bir ildən çoxdur davam edən danışıqların nəticəsində “Ən-Nusra” Cəbhəsinin əsir aldığı 16 Livan əsgəri, “Ən-Nüsra” Cəbhəsinin 13 üzvü ilə dəyişdiriləcək.

Bağdadinin keçmiş həyat yoldaşı ötən il Suriyadan Livanın şimalına saxta pasport ilə keçərkən Livanın təhlükəsizlik gücləri tərəfindən saxlanılıb. Mətbuatda səslənən iddialara görə, İŞİD liderinin ikisi iraqlı və biri suriyalı olmaqla üç həyat yoldaşı var. Bağdadinin iraq əsilli Duleymi ilə boşandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm