Kerri: “Ərdoğan bununla bağlı öhdəlik götürüb” - VİDEO
Bizi izləyin

Dünya

Kerri: “Ərdoğan bununla bağlı öhdəlik götürüb” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhədin bağlanılması üçün öhdəlik götürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri deyib.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirdiyi zirvə toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Kerri, bu məsələdə Türkiyəyə dəstək verəcəklərini vurğulayıb. Dövlət katibi qeyd edib ki, ABŞ və Türkiyə sərhədin bağlanılması üçün hava və quru güclərinin əməkdaşlığını müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə Suriya sərhədinin təxminən 100 kilometr sahəsində İŞİD ilə qonşudur. Qərb ölkələri, həmçinin Rusiyanın iddiasına görə, İŞİD Türkiyə-Suriya sərhədinin bu hissəsindən aktiv şəkildə istifadə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm