Amerika Rusiyanın İŞİD-lə bağlı iddialarını yalanladı
Bizi izləyin

Dünya

Amerika Rusiyanın İŞİD-lə bağlı iddialarını yalanladı

Türkiyənin İŞİD-lə neft ticarəti etdiyini iddia edən xəbərlərə Amerika cavab verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika rəhbərliyi Türkiyəni müdafiə edərək bu iddiaları rədd edib.

Amerika rəhbərliyinin təşkil etdiyi mətbuat konfransında adlarını açıqlamayan yüksək səlahiyyətli şəxslər Türkiyədə heç bir qrup və şəxsin İŞİD-lə neft ticarəti etmədiyini bildiriblər.

Rusların yayımladığı şəkillərdəki yük maşınlarının İŞİD-ə aid neft paylama məntəqələrindən toplandığını və bu yük maşınlarının nefti Suriya içərisinə payladığını deyən amerikalı səlahiyyətli "Bu tırlar Türkiyəyə getmir. Onsuz da ortada bu yük maşınlarının sərhədi keçdiyini göstərən bir şəkil belə yoxdur”,- deyə qeyd edib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm