Dünya
"Qazprom" SOCAR-la açıq rəqabətə başladı
Rusiyanın enerji nəhəngi "Qazprom" Azərbaycanın “Şahdəniz” layihəsi kimi rəqibləri ilə mübarizə üçün Avropa bazarında qiymətlərin endirməyi nəzərdə tutur. Publika.Az xəbər verir ki, Bu barədə “Bloomberg” məlumat verir.
Agentliyin martın 20-də verdiyi məlumata görə, 2015-ci ildə
Norveçdən Avropaya qaz idxalının həcmi dəyişməsə də, Əlcəzairdən
alınan qazın həcmi azalır. İlkin hesablamalara görə, gələn il
Avropa Birliyində yanacağa tələbatda da artım olmayacaq.
Məlumatda qeyd edilir ki, qiymətlərin aşağı olması Azərbaycanın
“Şahdəniz” yatağından Avropaya qaz nəqlini və ABŞ-ın maye qaz nəqli
üçün müəssisələrin yaradılmasını da az cəlbedici edə bilər.
Keçən ilin dekabrında “Şahdəniz” yatağından 2-ci mərəhələdə
çıxarılacaq qazın Avropaya satışı haqda saziş imzalanıb. Bu
yataqdan Avropaya qaz nəqlinin 2019-cu ildən başlanması
planlaşdırılır.
“Bloomberg”ə görə Rusiya 2020-ci ildə Avropa bazarına daxil
olmağı planlaşdıran rəqbi təchizatçılarla mübarizə üçün qiymətləri
aşağı sala, beləliklə də bazarda mövcud olan aşağı qiymət
alternativ layihələrə marağı azalda bilər.
Agentliyin məlumatına görə 2010-cu ildə «Qazprom»-un Avropa bazarlarındakı payı 22 faiz idisə, şirkət 2016-2018-ci illərdə bu payını 29 faizə qaldırmağı nəzərdə tutur.
İsmayıl
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI